Birinci rüb – 3,7 milyard kubmetr səmt qazı

post-img

Bu ilin yanvar–mart aylarında Azərbaycanın neft yataqlarından 3 milyard 745,6 milyon kubmetr səmt qazı hasil edilib. Bu barədə “XQ”yə Dövlət Sta­tistika Komitəsindən məlumat verilib. Bildirilib ki, hesabat dövründə ölkədə istehsal edilən səmt qazının 1 milyard 11,8 milyon kubmetri əmtəəlik məhsu­lun payına düşüb. Bu da əvvəlki ilin eyni dövrünə nisbətən 2,6 faiz çoxdur.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın neft yataqların­dan 15 milyard 85 milyon 96 min kubmetr səmt qazı çıxarılıb ki, bu da illik müqayisədə 2,2 faiz azdır. İl ərzində ölkədə istehsal edilən səmt qazının 3 milyard 565,2 milyon kubmetri əmtəəlik məhsulun payına düşüb. 

XQ

İqtisadiyyat