100 min hektar sahəyə çiyid səpiləcək

post-img

Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən aldığımız məlumata görə, bu il aprelin 22-dək respublika üzrə pambıq emalı və tədarükü şirkətləri tərəfindən 15 min 167 mülkiyyətçi ilə 100 min hektar sahədə pambıq istehsalı müqaviləsi bağlanılıb və həmin sahələrin 98,3 min hektarında şum işləri başa çatdırılıb, 48,3 min hektarda arat aparılıb. İndiyədək 38 min hektar sahədə çiyid səpini həyata keçirilib. 

Xatırladaq ki, pambıq sahələrindən bol məhsul əldə edilməsi üçün innova­tiv becərmə, müasir suvarma texnologi­yalarının və qabaqcıl təcrübələrin tət­biqinin genişləndirilməsi, elmi-tədqiqat müəssisələri tərəfindən yüksək keyfiyyət göstəricilərinə malik tez yetişən pambıq sortlarının yaradılması, texnika, gübrə, toxum, dərman və su təminatı, subsidi­yaların verilməsi ilə bağlı məsələlərə xü­susi önəm verilir. 

XQ

İqtisadiyyat