Qusarda Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının birinci sammiti işə başlayıb

post-img

İyulun 12-də Qusarda yerləşən “Şahdağ” Turizm Mərkəzində Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammiti işə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə keçirilən sammitdə TDT-nin və Dövlət Turizm Agentliyinin rəsmiləri, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkiyə və Qırğızıstan respublikalarının dağ kurortlarının rəhbərləri və nümayəndələri iştirak edirlər.

Sammit çərçivəsində İttifaq ölkələrində dağ və qış turizminin inkişafına dair müxtəlif mövzulara həsr olunan panel müzakirələr və təqdimatlar təşkil olunacaq.

Tədbirin ikinci günü Türkdilli dövlətlərdən, o cümlədən bir sıra Avropa ölkələrindən qatılan 600-ə yaxın həvəskar atletin iştirakı ilə müxtəlif məsafələr üzrə Qaçış Festivalı (Runnig Fest) keçiriləcək.



İqtisadiyyat