Şəmkir: səyyar qəbulda xahiş etmişdilər…

post-img

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin İsgəndərli kəndində keçirdiyi səyyar qəbul zamanı sakinlər tərəfindən edilən daha bir müraciət müsbət həllini tapıb. Belə ki, onların istəyi nəzərə alınaraq İcra Hakimiyyətinin dəstəyi ilə kənddə təmiz içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə yeni anbar və sutəmizləyici qurğu quraşdırılmış,  sakinlərin hər birinin rahat yararlana biləcəyi bulaq kompleksi istifadəyə verilib.

Şəmkir RİH başçısının birinci müavini Süleyman Zeynallının da iştirak etdiyi açılış mərasimində bildirilib ki, kənd sakinlərinin təmiz suya olan tələbatının tam ödənilməsi üçün kəndin mərkəzində 30 ton tutumlu yeraltı beton su anbarı inşa edilib. Eyni zamanda bir ədəd müasir tipli sutəmizləyici qurğu, iki ədəd yüksək təzyiqli nasos quraşdırılaraq anbarın yanında bulaq kompleksi inşa edilib. 

Görülən işlərə görə kənd sakinləri təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, bir qədər əvvəl kənd sakinlərinin xahişi nəzərə alınaraq icra hakimiyyətinin təşkilatçılığı ilə bələdiyyə tərəfindən Kür qəsəbəsindən İsgəndərli kəndinə gedən yolda təmir-bərpa işləri aparılıb. Ağır texnika ilə yola qum-çınqıl döşənərək hamarlanıb, yolların ətrafı təmizlənib, su axınlarının yola zərər vurmaması üçün arxlar çəkilib.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri



















Sosial həyat