Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb

post-img

Bu gün 3 cüdoçumuz tatamiyə çıxacaq.

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycan cüdoçusu gümüş medal qazanıb.

Komandamızın üzvü Balabəy Ağayev (60 kq) finalda ispaniyalı Fransisko Qarriqosana məğlub olub.

Bununla da, komandamız çempionatın ilk gününü bir medalla başa vurub. Bu gün 3 cüdoçumuz tatamiyə çıxacaq. Üçqat Avropa çempionu Hidayət Heydərov (73 kq) 2-ci mərhələdə Kestutis Vitkaskas (Litva)/İndrit Kalhac (Albaniya) görüşünün qalibi ilə qarşılaşacaq. Eyni çəkidə Rəşid Məmmədəliyev də ilk raunddan azaddır. Onun növbəti mərhələdə rəqibi Darko Topaloviç (Bosniya və Herseqovina)/Coşua Qrin (İrlandiya) qarşılaşmasının qalibi olacaq. Zelim Tçkayev (81 kq) də ikinci mərhələdən mübarizəyə qoşulacaq. O, Nace Herkoviç (Sloveniya)/Maksim Triqub (İrlandiya) duelinin güclüsünü sınağa çəkəcək.

Aprelin 27-dək davam edəcək Avropa çempionatında Azərbaycanı ümumilikdə, 13 cüdoçu təmsil edir.

L.SABİRQIZI
XQ

İdman