Azərbaycanın ən güclü şahmatçısı müəyyənləşib

post-img

Kişilər arasında Azərbaycanın ən güclü şahmatçısı bəlli olub. 

Çempionluq uğrunda finalda Aydın Süleymanlı və Məhəmməd Muradlı mübarizə aparıblar. Şahmatçılar arasında ilk partiya heç-heçə başa çatsa da, cavab oyununda Aydın Süleymanlı qələbə qazanıb. Ümumi hesabda 1,5-0,5 hesabı ilə üstün olan A.Süleymanlı karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi olub.

Üçüncü yer uğrunda hər iki görüşdə Xəzər Babazadəyə qalib gələn Vüqar Rəsulov bürünc medal qazanıb.

L.SABİRQIZI
XQ

İdman