Xankəndi ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb

post-img

Xankəndidə separatçı və terrorçulardan qalmış silahların axtarışı davam etdirilir. 

DİN mətbuat xidmətinin məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 25-də Xankəndi şəhəri ərazisindən 20 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 3 tapança, 1 tüfəng, 2 qumbara, 5 alışdırıcı, 24 ədəd dron üçün mərmi, 236 patron darağı, 65540 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.   

P.ƏMİRCANOV
XQ

Son xəbərlər