Qubanın Ağbil kənd tam orta məktəbində şairlərlə görüş

post-img

Dünən Quba rayonunun B.Sultanov adına Ağbil kənd orta məktəbində çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndələri Ramiz Qusarçaylı və qazi şair Ayaz Səlimxanoğlu ilə görüş keçirilib. 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səbuhi Hacıxanlı hər iki şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Məktəbin dil-ədəbiyyat müəllimi Sevinc Mikayılovanın Ramiz Qusarçaylı haqqında hazırladığı videoçarx nümayiş olunub. 

Görüşdə şagirdlər tərəfindən şairlərin son dövrdə müxtəlif mövzularda qələmə aldıqları maraqlı şeirlər səsləndirilib. Ramiz Qusarçaylı və Ayaz Səlimxanoğlu böyük məmnuniyyətlə öz poetik dünyaları ilə bağlı fikir və düşüncələrini müəllim və şagirdlərlə bölüşüblər, onların çoxsaylı suallarına cavab veriblər.  

Sonda məktəbin X sinif şagirdi, həvəskar rəssam Arzu Şahmərdanovanın hazırladığı portretlər şairlərə təqdim olunub. 

Fidan 
XQ

Mədəniyyət