Axtarışda olan 105 nəfər saxlanılıb

post-img

Aprelin 25-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 105, o cümlədən borclu şəxs qismində axtarışda olan 81 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.

P.ƏMİRCANOV
XQ

Sosial həyat