Qadın güləşçimizin bürüncü

post-img

Qadın güləşçimiz Jalə Əliyeva (57 kq) Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən reytinq turnirində üçüncü yeri tutub. 

Azərbaycan təmsilçisi həlledici mərhələdə türkiyəli Elvira Kamaloğlu­na 8:4 hesabı ilə qalib gələrək bürünc medala sahib olub. 

Komandamızın üzvlərindən 62 kq-da yer alan Elis Manolova isə ilk mər­hələdə özbəkistanlı Dilfuza Aimbeto­vaya "tuş"la qalib gəlsə də, 1/4 finalda almaniyalı Luisa Niemeşlə bacarmayıb - 1:2.

İdman