Bu gün Premyer Liqada son tur start götürüb

post-img

Bu gün Azərbaycan Premyer Liqasında sonuncu XXXVI tur start götürüb. Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, günü ilk açılış matçında “Sumqayıt” klubu doğma meydanda “Zirə”ni qəbul edib. Matç qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində 10-cu və 67-ci dəqiqələrdə Rəhim Sadıxov, 90-cı dəqiqədə isə Toni Qomes fərqlənib.  Bu qələbədən sonra hərəyə 50 xal toplayan “Zirə” komandası  beşinci pilləədə qərarlaşıb. “Sumqayıt” klubu isə 31 xalla yeddinci yerdədir.

Günün ikinci matçında “Qəbələ” və “Kəpəz” klubları üz-üzə gəliblər. Görüş 1:1 hersablı heç-heçə ilə başa çatıb. Bu matçdan sonra 50 xal toplayan “Qəbələ” turnir cədvəlində dördüncü yerdə, “Kəpəz” klubu isə 31 xalla səkkizinci sıradadır. 

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman