“Mingəçevir” futbol klubunun avtobusu yük maşını ilə toqquşub

post-img

Mingəçevirli futbolçuları daşıyan avtobus Muğanlı-İsmayıllı yolunda yük maşını ilə toqquşub.

AZƏRTAC xəbər verir ki, hadisə günorta saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 11-ci kilometrliyində, Ağsunun Sanqalan kəndi ərazisində baş verib.

İlkin məlumatlara görə, Mingəçevir futbol klubunun oyunçularını aparan avtobus tikinti şirkətinə məxsus yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində hər iki maşında olan sürücü və sərnişinlər arasında xəsarət alanların olduğu bildirilir.

Xatırladaq ki, bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyunu keçirəcəkdi. Hadisə səbəbindən sözügedən oyun təxirə salınıb.

Hadisə

About Us

The argument in favor of using filler text goes something like this: If you use arey real content in the Consulting Process anytime you reachtent.

Instagram