Avtoyuma məntəqəsindən avtomobil qaçırdı və qəza törətdi

post-img

Paytaxtın Nizami rayonu ərazisindəki avtoyuma məntəqələrinin birindən gecə saatlarında “Range Rover” markalı nəqliyyat vasitəsi qaçırılıb. 

Məlumatı DİN-in mətbuat xidməti yayıb. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 23 yaşlı R.Rzayev müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, həmin şəxs sərxoş halda qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi də törədib.

Araşdırma aparılır.

XQ

 

Hadisə