Venesuela səfiri Turizm və Menecment Universitetində olub

post-img

Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Christopher Alberto Martinez Berroteran Azərbaycan Turizm və Menecment Universitetinin qonağı olub. 

Rektor İlham Mədətov cənab səfirlə görüşündə ATMU-da tədris prosesinin təşkili, fakültə və ixtisasların turizm sənayesində rolu, eləcə də universitetin beynəlxalq əlaqələrinin inkişafını şərtləndirən prioritet məsələlərdən danışıb.

Səmimi qarşılanmasından məmnunluğunu bildirən böyük elçi iki ölkə arasında mövcud, eyni zamanda,  mümkün əməkdaşlıq imkanlarının bundan sonra da faydalı olacağına əminliyini bildirib. Qərara alınıb ki, yaxın zamanlarda Venesuela Bolivar Respublikasının müvafiq ali təhsil müəssisələri ilə ATMU arasında ilk onlayn görüş keçirilsin. Cənab səfirin növbəti tədris semestri ərzində turizm ixtisası üzrə təhsil alan tələbələrlə görüşü də təşkil ediləcək. 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

Elm