Turizm Universitetinin baş müəllimi İspaniyada mühazirə oxuyub

post-img

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının baş müəllimi Firuzə Raşova Avropa Birliyinin “Erasmus+” proqramı çərçivəsində İspaniya Krallığının Seqoviya şəhərindəki Valladolid Universitetinin tələbələrinə “Hotel biznesi”, “Hotellərin növləri və tipləri” və “Dünyanın ən qeyri-adı hotelləri” mövzularında mühazirə oxuyub.

Akademik heyətin mobilliyi həftəsində F.Raşova Azərbaycan turizmi və hotel biznesinin hazırkı vəziyyəti, müxtəlif ölkələrin hotel sənayesi, göstərilən xidmətlərə dair fikir mübadiləsinin təşkili, o cümlədən Valladolid Universitetinin müvafiq ixtisas tələbələri üçün nəzərdə tutulan qeyri-adi hotellərlə bağlı praktiki təqdimatın hazırlanması prosesinə rəhbərlik edib.

Akademik heyətin mobilliyi həftəsinin sonunda o, universitet tərəfindən sertifikatla mükafatlandırılıb.

 

Z.HÜSEYNOVA,
“Xalq qəzeti”

Elm