“11 Saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC açıq tender elan edir

post-img

“11 Saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC

“Texnika və nəqliyyat vasitələri üçün texniki xidmət və ehtiyat hissələrinin satın alınması” məqsədilə “AZCON”un idarəetməsinə verilmiş dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslər tərəfindən məhsulların (malların, işlərin və xidmətlərin) vahid satın alınması qaydalarına əsasən

AÇIQ TENDER ELAN EDİR

Tenderdə iştirak etmək istəyən təchizatçılar [email protected] elektron poçt ünvanına iştirak niyyətilə müraciət edərək tenderlə bağlı tam məlumatları, uyğunluq göstəricilərinə aid sənədləri, həmçinin mallar və xidmətlər barədə məlumatları əldə edə bilərlər.

Bu əsasda müraciət məktubunu təqdim etmiş və iştirak haqqının ödənilməsi barədə bank sənədini (ödəniş qəbzini) təqdim edən təchizatçılar tərəfindən uyğunluq sənədləri, tender təklifi və tender təklifinin təminatı imzalanıb möhürlənmiş zərfdə 8 iyun 2026-cı il saat 12.00-dək təqdim edilməlidir.

Tender təklifləri 8 iyun 2026-cı il saat 14.00-da Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 57C nömrəli ünvanda yerləşən “11 Saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin inzibati binasında açılacaqdır.

Göstərilən vaxtdan gec təqdim olunan təkliflər açılmadan geri qaytarılacaqdır.

Əlaqə nömrəsi: +994 (12) 561-39-42.

E-mail: [email protected]

Reklam və elan