Azərbaycan Dillər Universitetində Azərbaycan Yaradıcılıq Fondunun dəstəyi ilə təşkil olunan “Ədəbiyyat adamı” mükafatının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Yaradıcılıq Fondunun rəhbəri, akademik Kamal Abdulla açıb. O bildirib ki, hər il təqdim olunan “Ədəbiyyat adamı” mükafatı ədəbi mühitdə canlanma yaratmaq baxımından önəm daşıyır.
Bu il mükafata layiq görülən şair-publisist İntiqam Yaşar Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, bu vaxta qədər Azərbaycanı və Türk dünyasını əhatə edən bir sıra layihələrin müəllifi və rəhbəri olub. Şairin müxtəlif illərdə beş şeirlər kitabı işıq üzü görüb. Yaradıcılıq nümunələri Türk ölkə və topluluqlarının müxtəlif mətbu orqanlarında yayımlanıb.
Xq-yə verilən açıqlamada o da vurğulanır ki, həmçinin Əli Əmirli, Qulu Ağsəs, Kamran Nəzirli, Əbülfət Mədətoğlu, Kənan Hacı, Kəramət Böyükçöl, Şahanə Müşfiq, Elnarə Qaragözova və Püstə Rəvan da bu ilin mükafatçılarıdır.
Z.BƏŞİRQIZI
XQ



