Bakı–Xankəndi velosiped marafonu: 4-cü gün

post-img

“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin medalçıları mükafatlandırılıb. Mərasimdə Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov, vitse-prezident və turnirin Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov iştirak ediblər.

İtaliyanın “Bardiani CSF 7 Saber” komandasının üzvü Marko Manentiyə qızıl, “Astana”dan Henok Mulubrhana gümüş, “Roojai İnsurance Winspace” komandasından Pita Kristian Davidə bürünc medal təqdim olunub.

İlk mərhələdə finişə Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Növbəti gün “Astana”nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib olub. Üçüncü mərhələdə “Astana”nın rusiyalı üzvü Qleb Suritsa bütün rəqiblərini qabaqlayıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa bu gün yekun vurulacaq.

Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman