26 İyun Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə ölkəmizdə təşkil edilən silsilə aksiyalar “Baksel” abunəçilərinə göndərilən xəbərdatlıq mesajı ilə müşayiət olunub.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu iyunun 20-də və 26-da “Bakcell”lə birgə abunəçilərə SMS şəklində zəruri bildiriş (DK İşçi Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt: 802) göndərib.
Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, SMS-lər mərhələli qaydada 6 gün ərzində 2 milyon 127 min 390 abunəçiyə ünvanlanıb.
AYTƏN
XQ