Aranda yağmursuz, bölgələrdə yağış və duman...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeo­rologiya Xidmətinin verdiyi məlumata əsasən, iyunun 29-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. 

Lakin günün birinci yarısında havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı eh­timalı var. Şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə 20-24° , gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşə­cəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-23°, gündüz 27-32°, dağlarda gecə 8-13°, gündüz 13-17° isti olacaq. 

Q.QASIMOV
XQ

Ekologiya