Zəncəfil+limon+bal – ağrının qarşısını al!

post-img

İntensiv baş verən baş, boyun, diş, oynaq ağrılarından düzgün qidalanma ilə xilas olmaq mümkündür. Bunun üçün qəbul edilən qidaların tərkibində ən önəmli amil təbii ağrıkəsicilərin olmasıdır. Təbii ağrıkəsici dedikdə, söhbət sağlam qarışımlardan gedir. 

Bununla bağlı faydalarını saydıqca bitməyən zəncəfil­dən danışmaq yerinə düşər. Bitkinin ağ­rıkəsici üstünlüklə­rindən söhbət açan mütəxəssislər bildirir­lər ki, zəncəfilin tərki­bində iltihabı və ağrı­ları azaltmağa kömək edən gingerol adlı bir birləşmə var. On­dan ürəkbulanma və əzələ ağrısını müalicə etmək üçün istifadə edilir.

Təbii ağrıkəsici məlhəm hazırlamaq üçün zəncəfilin kökü yaxşıca təmizlənir. Onun qabığını soymaq da olar, soyma­maq da. Sonra nazik dilimlərə ayrılır. Hər litr su üçün 2–3 dilim kifayət edir və məh­lul qaynamağa qoyulur. Qarışım 5–10 dəqiqə qaynayandan sonra oddan götü­rülür və süzülür.

Həkimlər məhlulun üzərinə çox olma­maq şərti ilə, zövqə görə limon və ya bal əlavə edib hər ağrı olanda qəbul etməyi məsləhət görürlər.

Bu mövzuda bir çox elmi araşdırmalar aparılıb və həmin məhlulun, həqiqətən, təbii ağrıkəsici olduğu təsdiqlənib.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat