Balaqusar məktəbi şəhid oğlunu unutmur

post-img

Dünən “Facebook”da dostluğumda olan qusarlı ziyalı Babacan Zəkiyev paylaşımı diqqətimi cəlb etdi. Orada yazılır: “Sabah (bu gün) Balaqusar kənd tam orta məktəbinin adını daşıyan Birinci Qarabağ müharibəsi şəhidi Sərvər Zeynəddin oğlu Abdulkərimovun 60 illik yubileyidir. Bununla əlaqədar bu gün məktəbimizdə kollektivimizin və şəhidimizin övladları Fərux Abdulkərimov və Ruqiyyə Hüseynovanın iştirakı ilə anım tədbiri keçirildi. 

Müəllimlər şəhidin şərəfli döyüş yolundan söz açdılar, şagirdlər Vətənə, torpağa sə­daqət ruhunda şeirlər söylə­dilər. Tədbirdə həzin vətənpər­vərlik ruhlu musiqilər də səsləndirildi. Tədbir iştirakçıları sonda şəhidin məzarını ziyarət edərək üzərinə tər qərənfillər düzdülər. Sərvər Abdulkərimo­va və onun timsalında bütün şəhidlərimizə Allah rəhmət elə­sin!”

P.S. Düşünürük ki, sosi­al şəbəkələrdə şəhidlərimiz­lə bağlı keçirilən tədbirlərlə əlaqədar belə xəbər və repor­tajların yayımlanması təqdirə­layiq haldır. Bu mənada qusarlı pedaqoq B.Zəkiyevin bu sahə­dəki əməyini yalnız alqışlamaq olar.

Təqdim etdi:
M.HACIXANLI
XQ

Sosial həyat