Colinin Pittə 8 milyon dollar borcu var

post-img

Dünya ulduzları Bred Pitt və Ancelina Colinin boşanması Hollivud tarixinə ən səs-küylü hadisələrdən biri kimi daxil olub. Boşanma rəsmi olaraq bu ilin avqustunda başa çatsa da, “cənab və xanım Smit”in münasibətləri ilə bağlı faktlar və xoşagəlməz detallar ortaya çıxmaqda davam edir.

Məlumata görə, ev almaq üçün Coli keç­miş həyat yoldaşından 8 milyon dollar borc alıb və indiyə qədər onu qaytara bilməyib. Pitt isə borcun ödənilməsini tələb edir. Ancelina pulu övladlarına xərclədiyini iddia edir və qə­tiyyən qaytarmaq istəmir. 

XQ

Dünya