Azərbaycan Strongmen Federasiyasının prezidenti dünya çempionu oldu

post-img

16-17 dekabr tarixində Moskva şəhərində "WRPF" üzrə 9-cu dünya çemionatı keçirilir. Güc İdman Növləri üzrə keçirilən bu çempionatda ölkəmizi Azərbaycan Strongmen Federasiyası öz komandası ilə təmsil edir. 

29 ölkənin 4000-dən çox idmançısı bu mötəbər yarışda iştirak edir.

Güc İdman Növləri üzrə keçirilən yarışda ölkəmizi başda federasiya rəhbəri Bəxtiyar Quliyev olmaqla vitse-prezidentlər Raif Süleymanov, Namiq Cəfərov ilə yanaşı, komandamızın digər üzvləri də təmsil edirlər.

Yarışda "Deadlift" hərəkəti üzrə 40-49 yaş kateqoriyasında (dopinq testlə) Bəxtiyar Quliyev 290 kg çəkinin öhdəsindən gələrək qızıl medala layiq görülüb. Bəxtiyar Quliyev bu nəticə ilə öz idman kateqoriyasında  9 qat dünya çempionu adını qazanıb.

Əlavə edək ki, vitse-prezident Raif  Süleymanov öz çəkisində müxtəlif hərəkətlər üzrə bütün rəqiblərinə qalib gələrək, yarışı 3 qızll medalla başa vurub. Bununla da o, dövlət himnimizi fəxri kürsüdə səsləndirərək, ölkəmizi layiqincə təmsil edib.

XQ




İdman