Bu gün Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır

post-img

Dekabrın 17-si Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (MSN) işçilərinin peşə bayramı günüdür.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 2005-ci il dekabrın 16-da imzaladığı müvafiq Sərəncam ilə Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Dövlətimizin başçısının 2009-cu il 10 noyabr tarixli Sərəncamı ilə hər il dekabrın 17-si ölkəmizdə MSN işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Prezidentimizin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ötən müddətdə nazirliyin müəssisələrində müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məmulatların uğurla istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib.

Prezident İlham Əliyevin xüsusi tapşırıqlarına əsasən düzgün aparılmış işlər nəticəsində nazirliyin müəssisələrində istehsal edilmiş ümumi məhsul həcminin çoxunu faizindən çoxunu ixraca yönəltmək mümkün olub. Bunun nəticəsində MSN-in məhsulları dünyanın 30-dan çox ölkəsinə ixrac edilir.

XQ

Ordu