“Kiçik Magellan”ın “ikiüzlülüyü”

post-img

Astronomlar Südyolu qalaktikasının peyklərindən biri olan Kiçik Magellan buludunun çox fərqli kimyəvi tərkibə, bir sıra yeni və qədim ulduzlara malik 2 ayrı quruluşdan ibarət olduğunu aşkar ediblər.

Bu barədə “arXiv.org” elektron kitabxa­nasında dərc olunan məqalədə bildirilib. Tədqiqatçılar qeyd ediblər ki, bu hissələr vax­tilə toqquşmuş iki qədim qalaktikanın qalıqları ola bilər.

“Bu bölgələrin mövcudluğunu qədim qa­laktikaların qalıqlarının olması ilə izah etmək olar. Bu bölgələrin ulduzlarında ağır element­lərin konsentrasiyasındakı fərqlər, həmçinin molekulyar buludların tərkibi və quruluşun­dakı xüsusiyyətlər də bunu sübuta yetirir. Üstəlik, biz Kiçik Magellan buludunun Böyük Magellan buludu ilə cazibə qüvvəsinin təsirin­dən qarşılıqlı təması nəticəsində ikiyə bölünə biləcəyini də istisna etmirik” - deyə tədqiqat­çılar bildiriblər.

Astronomlar bu nəticəyə Kil rəsədxana­sının direktoru Yakobus van Lonun rəhbərliyi altında dünyanın ən böyük SKA radio teles­kopunun prototipi olan Avstraliyaya məxsus “GASKAP-Hi” radio teleskopundan istifadə etməklə toplanan məlumatların araşdırılma­sı zamanı gəliblər. Bu cihaz yeni ulduzların meydana gəldiyi neytral hidrogen buludlardır.

XQ

Dünya