“Instagram”da yeni fon funksiyası

post-img

“Meta” şirkətinə məxsus “Instagram” sosial media platforması bu yaxınlarda istifadəçilərin tələbləri əsasında süni intellektə əsaslanan funksiyalarla təchiz olunmağa başlayıb. 

“Instagram”a əlavə olunan yeni funksiya sayəsində istifadəçilər çəkdikləri şəklin fonunu istədikləri kimi dəyişə biləcəklər. Bu funksiya süni intellektin köməyi ilə yaradılıb. 

Qeyd edək ki, “Instagram” hekayələri üçün foto fon dəyişdirmə funksiyası ha­zırda yalnız ABŞ-da mövcuddur. Tezliklə digər ölkələr üçün də istifadəyə verilə­cəyi gözlənilir. Bunun üçün dəqiq tarix paylaşılmayıb, lakin proqnozlar gələcək həftələrə işarə edir.

XQ

Son xəbərlər