Messi: 6 köynək 7 milyon avro...

post-img

Argentina yığmasının kapitanı Lionel Messinin 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında geyindiyi 6 forma Nyu-Yorkdakı “Sotheby's” hərracında ümumilikdə 7 milyon avroya satılıb.

Bu, 2023-cü ildə auksionda satılan ən qiymətli idman xatirə əşyaları üçün rekorddur. Bununla belə, “Sotheby's” tarixində idman əşyaları arasında ən yüksək qiyməti 2022-ci ildə 9,1 milyon avroya satılan 1998 NBA finalında Maykl Cordanın köynəyini alıb.

XQ

Son xəbərlər