Şərq uzunömürlüdür, yoxsa Qərb?

post-img

Evlilik ömrü uzada bilər, lakin bəzən həyat yoldaşlarının sağlamlığına mənfi təsir göstərir. Araşdırmalara görə, orta yaşlı və daha yaşlı insanlar yüksək qan təzyiqi riski altında ola bilər.

Bir çox yaşlı cütlüklər arasında həm ər, həm də arvadın yüksək qan təzyiqi olduğu məlum olub. Ər və arvad təzyiqi arasındakı əlaqəni müəyyən et­mək üçün tədqiqatçılar ABŞ-da 3 min 989, Böyük Britaniyada 1086, Çində 6 min 514 və Hindistan­da 22 min 389 cütlükdə qan təzyiqinin səviyyəsini təhlil ediblər.

İngiltərədə evli kişilərin orta yaşı 74, ABŞ-da 65, Çində 61 və Hindistanda 57-dir. Uyğun olaraq qadınlar üçün bu rəqəm İngiltərədə 72, ABŞ-da 62, Çində 59, Hindistanda 51-dir. Tədqiqat göstə­rir ki, ümumi qan təzyiqi səviyyələri Qərbdə daha yüksəkdir.

XQ

Dünya