“Ölümdən danışdı, sonra öldü…

post-img

Ötən əsrin ortalarında Cənubi Afrika astronomu 49 yaşlı Dani Dyu Tyua ölümün hər an baş verə biləcəyi barədə məruzə oxuyurmuş. 

Məruzəni bitirdikdən sonra isə cibin­dən nanəli konfet çıxararaq onu ağzına aparır. Birdən-birə vəziyyəti pisləşir və o, bir neçə dəqiqədən sonra dünyasını dəyişir. Məlum olur ki, onun ölümünə məhz nanəli konfet səbəb olub. 

Həmin gün mərhum astronomun məruzəsini canlı dinləyənlər və hadisə­nin canlı şahidi olanlar ömürlərinin so­nuna qədər bu hadisəni unuda bilmə­yiblər. 

Bizdə deyirlər ki, taledən qaçmaq olmaz. Cənubi Afrikada da, yəqin ki, buna bənzər ifadə, yaxud deyim var. 

Təqdim etdi: M.QARAÇAYLI, “Xalq qəzeti”

Sosial həyat