İnanılmaz, amma gerçək hadisə…

post-img

Keçən əsrin 30-cu illərində ABŞ-ın Detroyt şəhərinin sakini Cozef Fiqlok bir gün küçə ilə gedirmiş. Bu an onun üstünə çoxmərtəbəli binadan yıxılan 1 yaşında uşaq düşür. 

Məlum olur ki, uşağın anası pəncərəni bağlamağı unudub. Lakin xoşbəxtlikdən Cozef və uşaq ciddi xəsarət almırlar. 

Lakin düz bir il keçdikdən sonra yeni­dən həmin küçədə və eyni yerdə Cozefin üstünə artıq 2 yaşlı həmin uşaq düşür və bu dəfə də xəsarət alan olmur. Unutqan anaya isə qonşuları bərk-bərk tapşırırlar ki, bir də pəncərəni açıq qoyub otaqdan çıxmasın. Ana vəd edir ki, bir də belə hal baş verməyəcək. 

Deyilənllərə görə, Detroyt sakini üçün­cü dəfə yolunu həmin küçədən salma­mağa çalışarmış. Necə deyərlər, başına gələn başmaqçı olar.

Sosial həyat