Mark Tvenin əcəl öncəgörməsi

post-img

Məşhur Amerika yazıçısı Mark Tven 1835-ci ildə Qalley kometinin göründüyü vaxt dünyaya gəlib. Məlum olub ki, 1909-cu ildə komet 75 ildən sonra yenidən Yerin orbitində “zühur edəcək”. M.Tven bundan narahat olaraq bəyan edib ki, növbəti ildə komet yenidən peyda olduqda, o da onunla “əbədi aləmə səyahət edəcək”.

Həqiqətən, 1910-cu ildə məhz kometin yenidən peyda olduğu gün­də yazıçı qəflətən dünyasını dəyişir. M.Tvenin çox sayda araşdırmaçıları bu gün də bu məsələ ilə bağlı mübahisə edirlər. Bəziləri hətta iddia edirlər ki, böyük yazıçının kosmosla gizli əlaqələ­ri olubmuş. Arqumentləri isə budur ki, belə güclü əsərləri adi bəşər övladı qələmə ala bilməzdi.

Yeri gəlmişkən, M.Tvenin, həqiqətən Amerika ədəbiyyatının yaranması və inkişafında danılmaz xidmətləri olub. Yazıçıının bədii irsi bu günün özündə də dünyada ən çox sevilən və oxunan əsərlər arasındadır.

Dünya