Robot dirijorluq edəcək

post-img

Cənubi Koreyada ilk dəfə bir robot konsertdə orkestrə rəhbərlik edəcək. “Ever 6” adlanan robotun paytaxt Seulda keçiriləcək “Absence” şousunu idarə edəcəyi açıqlanıb. Bu barədə “The Korea Times” nəşri məlumat yayıb.

İyunun 30-da keçiriləcək tədbirdə Koreya Sənaye Texnologiyaları İnsti­tutu tərəfindən hazırlanmış robot dirijor qismində çıxış edəcək. Konsertdə ro­bot və dirijor Çoi Soo Yeol ayrı-ayrı­lıqda çıxış edəcək, daha sonra isə iki dirijor konserti birlikdə idarə edəcəklər.

Çoi, robotlar üçün ən böyük proble­min qarşılıqlı əlaqə və ünsiyyət olduğu­nu, bu şou vasitəsilə insanların musiqi sahəsində robot texnologiyalarından üstünlüyünü göstərmək istədiyini bildi­rib.

Qeyd edək ki, android robotun xa­rici görünüşü insana bənzəyir. Robot boynunu və qolunu çevik şəkildə istifa­də edə bilir.

Dünya