“Twitter”in rəqibi – “Layihə 92”

post-img

Son dövrün gündəmdən düşməyən sosial media tətbiqlərindən biri, şübhəsiz ki, “Twitter”dir. İlon Mask tərəfindən satın alındıqdan sonra, demək olar ki, dəyişən platformaya yeni rəqib hazırlanıb. Xəbəri “reuters.com” saytı verib.

“Layihə 92” kod adlı sosial media platforması ilk dəfə “Meta” şirkətinin daxili iclasında nümayiş etdirilib. “Twit­ter”ə bənzəyən yeni platforma, “Instag­ram”a əsaslanacaq və media protokolu “ActivityPub” tərəfindən dəstəklənəcək.

Hazırda tətbiqin adı dəqiq məlum de­yil. Lakin, “Threads” olacağı iddia edilir. Bundan əlavə, bəzi məşhurların proqra­mın inkişaf prosesində ilk istifadəçilər­dən olduğu bildirilir.

Qeyd edək ki, “Meta” şirkəti platfor­manı ən qısa zamanda geniş ictimaiy­yətə təqdim edəcək.

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya