“Avanqard”ın “Disney” şousu

post-img

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasının səhnəsində müasir dövrümüzün ən peşəkar və virtuoz yaradıcı kollektivi olan, hər zaman ilklərə imza atan, “Art-East Media Group”un brendi “Avanqard” kamera orkestrinin təqdimatında nağıl və ən məşhur cizgi filmləri qəhrəmanlarının “Disney” multimedia şousu təqdim olunub.

“Disney” multimedia şousu özündə bir çox texniki element və bədii həlləri, eləcə də xüsusi effektləri ehtiva edən vahid bir ssenariyə bağlanan, həmçinin şounun bü­tün elementlərinin ümumi vizual məkanda təcəssüm etdiyi konseptual bir səhnə əsəridir.

Şouda canlı və əsrarəngiz musiqi sə­daları altında tamaşaçılarla məşhur qəh­rəmanlar arasında təmas yaradılaraq, se­yirçilərə nostalji və sehrli anlar yaşadılıb. “Disney” multimedia şousu xüsusi işıqlan­dırma, musiqi, video kontent, xüsusi ef­fekt, musiqiçi və sənətçilərin perfomans­larının sinxronlaşdırıldığı son illərin ən parlaq və valehedici tamaşasına çevrilib.

Səadət RZAYEVA, “Xalq qəzeti”

Mədəniyyət