WhatsApp “kanallar”la zənginləşib

post-img

Davamlı olaraq yeniliklərlə gündəmə gələn “WhatsApp” “Kanallar” adlı funksiyasını təqdim edib. 

Onun əsas özəlliyi ailə, dostlar və qrup söhbətlərinin ayrı-ayrı ka­teqoriyalara bölünməsidir.

Kanallar vasitəsilə mətn, foto, video, hətta, sorğu anketi də gön­dərmək mümkün olacaq. 

Funksiyanın digər özəl xüsusiyyətləri də var. Belə ki, izləyəcəyi­niz kanalları seçmək üçün burada hobbilər, idman komandaları və s. kimi kataloqlar da yaradılacaq. Həmçinin e-poçt vasitəsilə göndərilən və ya onlayn paylaşılan dəvət keçid linkləri vasitəsilə ilə də kanallara daxil olmaq mümkün olacaq. 

Qeyd edək ki, hazırda aktiv proqramlaşdırma mərhələsində olan bu funksiya yaxın günlərdə istifadəçilərin ixtiyarına veriləcək. 

Fidan SALMANOVA, “Xalq qəzeti”

Dünya