Bölgələrdə yağış yağacaq, duman olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazir­liyi Milli Hidrometeorologiya Xidməti­nin məlumatına əsasən iyunun 10-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.

Gecə 17-22°, gündüz 25-30°, bəzi yerlərdə 32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz olacaq. Azərbaycanın rayonların­da əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlaya­raq bəzi yerlərdə arabir yağış yağaca­ğı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 27-32°, dağlarda gecə 7-12°, gündüz 13-18° isti olacaq.

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya