Arazqırağından – Zəfər soraqlı Qayıdış meydanından gəlmişik...

post-img

...Bakı avtovağzalından Füzuliyə yola çıxanda alatoran idi. Dəqiqələr və kilometrlər arxada qaldıqca Arazqırağında aparılan bərpa-quruculuq işləri ilə bağlı qarşıdakı görüşlərin intizarı da güclənirdi. 4 saatlıq yolu beləcə ciddi ezamiyyət məsuliyyəti ilə aşıb Füzuli rayonunun Alxanlı nəzarət-buraxılış məntəqəsinə yaxınlaşdıq.

İlk diqqətimizi cəlb edən qrupumu­zun bölgəyə gəlişini əks etdirən infor­masiya tablosu oldu. Səfərimizə verilən önəmin göstəricisi olaraq bu mənzərə bizi hədsiz təsirləndirdi. Demək, biz bu yerlərə can atdığımız kimi, burada da qrupumuzu gözləyirmişlər...

Daha gözləməyin yeri olmadığı üçün birbaşa işə başladıq. Qarşımızda açılan ilk mənzərə nəzərimizdən qaç­madı 27 il ərzində öz yurdunda məc­buri köçkünə çevrilmiş soydaşlarımızın güc-bəla ilə dikəldib sığındıqları tikililə­rin qalıqları öz işini bitirib yorğun düş­müş insanlar sayağı “uyuyurdu”. 

Təbii ki, azad olunmuş Füzuliyə səfərimiz rayonun Qaraxanbəyli kən­dindən keçən yolun kənarında ucal­dılan, üzərində “Vətən uğrunda can­larından keçən qəhrəmanların şəhid olduğu ilk yerlərdən biri” yazılan qaya parçasını ziyarətdən başladı. 

Xatırladaq ki, bu daş abidə Vətən müharibəsinin ilk günlərində igidlik, şücaət nümayiş etdirən şəhidlərimizin şəhadətə ucaldıqları, qan tökdükləri Qarabağın müqəddəs məkanlarından birinin azadlıq pasportudur. Bu, artıq adi qaya parçası deyil, tarixin “Qisas qiyamətə qalmır” hökmünün daş ya­zısıdır. Bu qanlı keçid düşmənin 30 il işğal altında saxladığı əzəli torpaqları­mızda Zəfər yürüşünə açılan ilk qapı­dır. Bu daş salnamə xalqımızın “öldü var, döndü yox” andının gerçəyə çev­rildiyi müqəddəs savaşın ilk qələbə sorağıdır. 

...Qrupumuzun Füzuliyə səfərinin yüksək səviyyədə təşkilinə görə, Qa­rabağ iqtisadi rayonuna daxil olan iş­ğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nü­mayəndəsi Emin Hüseynova, eləcə də nümayəndəliyin məsul əməkdaşı Eldar Seyidova təşəkkürümüzü bildirməyi də bəri başdan özümüzə borc sayırıq. Məhz bu diqqət və həssas münasibətin nəticəsi olaraq bir iş günündə qarşımı­za qoyduğumuz məqsədə asanlıqla çatdıq. Səfər üçün əlverişli şərait yara­dılması və yüksək mina təhlükəsizliyi­nin təmin edilməsi sayəsində biz ermə­ni urbisidinin və kulturisidinin nəticələri, eləcə də torpaqlarımızın dirçəlişi pro­sesi ilə detallı şəkildə tanış ola bildik. 

Hələlik, qənaətimiz budur ki, XXI əsr insanı ermənilərin 30 il ərzində Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərin məna və mahiyyətini anla­maqda istisnasız olaraq çətinlik çəkir. Bunu ötən dövrdə dünyanın müxtəlif yerlərindən bu yerüstü cəhənnəmə səfər etmiş çoxsaylı insanın heyrət və məyusluğu da sübut edir. Tarix 2 min il əvvəl belə əməllərə “vandallıq” adı vermişdi. Qədim Romanı yer üzündən silmiş vandalları bizim günlərdə geri­də qoymuş ermənilərin mənəvi iflası­nın– vəhşiliyin son həddinə enişinin də gərək adı məhz “ermənilik” olsun. Bu anlamda ermənilik çağdaş insanlığın ən miskin utanc səhifəsidir.

Ağlasığmaz bir düşüncənin hök­müdür ki, özünə məxsus olmayanları məqsədyönlü şəkildə məhv edəsən. Əslində, ermənilərin Qarabağda və Şərqi Zəngəzurda törətdikləri vanda­lizm, urbisid, kulturisid və ekosid faktları qəti sübut edir ki, bu torpaqlar heç vaxt ermənilərə məxsus olmayıb. Əsl mülk sahibi belə hərəkət edə bilməz. Onu da əlavə edək ki, qəbiristanlıqların və mə­zarların alt-üst edilməsi, Tanrıya ibadət qapısı olan məscidlərin dağıdılıb mur­darlanması heyvanların özü üçün də qəbuledilməz olan goreşənlik xislətidir. 

Belə bir girişdən sonra qrupumuzun Arazqırağında gedən nəhəng quruculuq işləri barədə hazırladığı irihəcmli yazılar qəzetimizin növbəti sayından etibarən oxucularımıza təqdim ediləcək.

Vaqif BAYRAMOV,
Səbuhi MƏMMƏDOV,
Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”,

Əbülfəz BABAZADƏ,
“Bakinskiy raboçiy”

Sosial həyat