XİN: Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməlidir

post-img

Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinlərin Azərbaycan qanunvericiliyinə və müvafiq prosedurlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçməsi bir daha göstərir ki, Ermənistanın reinteqrasiya prosesinə maneçilik cəhdləri uğursuzluğa düçar olub.

Bu barədə Xarici İşlər Nazirliyinin Ermənistanın Təhlükəsizlik Şurası­nın katibi Armen Qriqoryanın Minsk­də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında çıxışı zamanı Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialara cavabında bildirilib.

Məlumatda qeyd olunub: “Ermənis­tanı bölgədə sülh və təhlükəsizliyin tə­min olunmasına xələl gətirən təhlükəli ritorikadan çəkinməyə çağırır, əsassız yerə Azərbaycanı ittiham etmək, bey­nəlxalq ictimaiyyəti yayındırmaq cəhd­lərini davam etdirmək əvəzinə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edirik”.

“Xalq qəzeti”

Siyasət