Ceyhun Bayramov Rusiya səfirini qəbul edib

post-img

İyunun 8-də Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və Rusiya arasında səmərəli əməkdaşlığı və on­ların inkişaf perspektivlərini məmnun­luqla vurğulayıblar. Müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə yüksələn müna­sibətlərin dinamik şəkildə inkişaf etdiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov səfir Mixa­il Boçarnikova fəaliyyəti dövründə Azərbaycan–Rusiya münasibətlərinin inkişafına verdiyi töhfəyə, peşəkar fəa­liyyətə və meydana gələn məsələlərin effektiv həllinə göstərdiyi dəstəyə görə dərin minnətdarlığını bildirib və ona gələcək fəaliyyətində uğurlar arzula­yıb.

Səfir Mixail Boçarnikov öz növ­bəsində Azərbaycandakı fəaliyyəti dövründə ona göstərilmiş dostluq və əməkdaşlıq münasibətlərinə görə öz minnətdarlığını bildirib.

Görüş zamanı, həmçinin ikitərəfli münasibətlərlə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edi­lib.

“Xalq qəzeti”

Siyasət