Qars şəhərində fəaliyyət göstərən Qafqaz Universitetinin Ahmet Arslan Konqres və Mədəniyyət Mərkəzinin salonlarından birinə böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin adı verilib.
Diplomatların, ziyalıların, digər ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə Universitetin İncəsənət fakültəsinin dekanı Mitat Durmuş, Ərdahan Universitetinin rektoru Öztürk Emiroğlu və ölkəmizin Qarsdakı baş konsulu Zamin Əliyev çıxış edərək M.F.Axundzadənin zəngin yaradıcılığından bəhs ediblər.
Açılışını bildirən rəmzi lent kəsilib.
Sonra İncəsənət fakültəsinin tələbələrinin ifasında M.Axundzadənin “Xırs quldurbasan” komediyası nümayiş olunub.

