“Heydər Əliyev və Azərbaycan sahibkarlığı”

post-img

Dünən “Baku Crystal Hall”da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisi öz işinə başlayıb. 

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında ümummilli lider Heydər Əliyevin özəl sektorun forma­laşması və inkişafında müstəsna rol oy­nadığını, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Azərbaycan Qida Təhlükəsizli­yi Agentliyinin sədri Qoşqar Təhməzli agentliyin öz fəaliyyətini sahibkarlar­la tərəfdaşlıq, şəffaflıq və hesabatlılıq, əsasən də beynəlxalq tələblərə uy­ğunluq prinsipləri üzərində qurduğunu diqqətə çatdırıb. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta biznesin inkişafının və KOB-ların iq­tisadiyyatda rolunun artırılmasının priori­tet istiqamətlərdən olduğunu vurğulayıb, bu sahədə görülən tədbirlər, agentliyin KOB-lara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib.

“Marsol Group”un və “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İcti­mai Birliyinin İdarə Heyətinin sədri Tural Mustafayev və “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə isə çıxışlarında ölkəmizdə sahibkarlara göstərilən dəstək, təmsil etdikləri təşkilat­ların fəaliyyəti barədə məlumat veriblər. 

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərginin məqsədi ulu öndərin ölkəmizdə sahib­karlıq ənənələrinin bərpasında və inkişa­fındakı xidmətlərini bir daha xatırlatmaq, eləcə də Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış im­kanlarının genişləndirilməsi, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurul­masıdır. 

Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, teks­til və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xid­mətləri nümayiş olunur.

KOBİA sərgidə ayrıca stendlə təm­sil olunur. Agentliyin dəstəyi ilə stenddə qida, kənd təsərrüfatı, nəşriyyat, səna­ye, İKT və xidmət sahələrində fəaliyyət göstərən 13 KOB subyekti, o cümlədən, Azərbaycan Qadın Sahibkarlığının İnki­şafı Assosiasiyasından 2 qadın sahibkar məhsul və xidmətlərini təqdim edir.

Sosial həyat