“Səba” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə!

post-img

“Səba” ASC səhmdarlarının 18 noyabr 2025-ci il saat 15.00-a təyin edilmiş növbədənkənar ümumi yığıncağının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1. maddəsinə müvafiq olaraq baş tutmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.2. maddəsinə əsasən həmin məcəllənin 107-1.8-ci maddəsində müəyyən edilmiş qaydada “Səba” ASC səhmdarlarının 18 noyabr 2025-ci il saat 15.00-a təyin olunmuş növbədənkənar ümumi yığıncağının gündəliyi dəyişdirilmədən 24 dekabr 2025-ci il saat 15.00-da Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 60 nömrəli ünvanda “Səba” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilmişdir:

1. “Səba” ASC-nin yeni redaksiyada nizamnaməsi haqqında.

2. “Səba” ASC-nin direktorlar şurası haqqında.

3. “Qarabağ Taxıl” MMC-nin (VÖEN: 5000268351) “Səba” ASC-yə qoşulması haqqında.

4. “Biləsuvar Aqro” MMC-nin (VÖEN: 4100179981) “Səba” ASC-yə qoşulması haqqında.

5. “Səba” ASC-də dividendlərin elan edilməsi haqqında.

Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar ümumi yığıncağın gündəliyinin layihəsinə aid təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 60 nömrəli ünvanda yerləşən cəmiyyətin ofisində tanış olmaq hüququna malikdirlər.

Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiqləyən sənəd və nümayəndənin səlahiyyətləri barədə etibarnamə təqdim etməlidirlər.

Əlaqə telefonu: (+99450) 201 20 15 – direktor

(+99455) 215 08 60 – hüquqşünas

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 60.

“Səba” ASC-nin direktoru Vüqar Baloğlanov

 

Reklam və elan