“Xətai-Rabitə-Tikinti” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 22 iyun 2026-cı il saat 12.00-da, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 13X nömrəli ünvanda yerləşən inzibati binada aşağıdakı gündəlikdə keçiriləcəkdir:
Gündəlikdəki məsələlər:
1. “Xətai-Rabitə-Tikinti” Açıq Səhmdar Cəmiyyətinin müşahidə şurasının 3 illik vaxtının bitməsi ilə əlaqədar onun sədrinin və üzvlərinin yenidən seçilməsi.
2. “Xətai-Rabitə-Tikinti” Açıq Səhmdar Cəmiyyətinin 2025-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiqi.
3. Digər məsələlər.
Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 18.00-dək, səhmdar cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 13X nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin idarə heyətinə müraciət etməklə tanış ola bilərlər.
Yığıncaqda iştirak etmək vacibdir.
“Xətai-Rabitə-Tikinti” ASC-nin Direktorlar (Müşahidə) şurası

