Ermənistanın avantürizmi: Qərb və Rusiya riyakarlıqdan daşınmalıdır!

post-img

İki adaxlısı olan qız, ikili oyunlar və bədbəxtlik ssenarisi

“Qızın iki adaxlısı var”. Rejis­sor Hüseyn Seyidzadə tərəfindən bəstəkar Üzeyir Hacıbəyovun ey­niadlı operettası əsasında ekran­laşdırılmış “O olmasın, bu olsun” filmindəki bu məşhur ifadə çoxla­rımızın xatirindədir. Ermənistan, təxminən, həmin qızın günündədir. Hərçənd, ABŞ-ni ayrıca götür­sək, İrəvanın hətta üç adaxlısının olduğunu deyə bilərik. Fikrimizi əsaslandırmaq üçün tarixə nəzər salaq. Amma əvvəlcə bildirək ki, Ermənistan filmdəki Gülnaz qədər pak, saf və təmiz qız deyil. Əslində, ölkənin “adaxlıları” olan Qərbə və Rusiyaya da Məşədi İbad və Sər­vər kimi baxmaq düzgün olmaz. Birincilər son dərəcə riyakardırlar. Yazımız bu riyakarlığın müxtəlif təzahür formaları barədədir. 

***

Əlqərəz, ondan başlayaq ki, 1826–1828-ci illərin Rusiya – İran müharibə­sindən sonra, daha dəqiq desək, 1830-cu ildə ermənilərin Qafqaza köçürülməsinə start verildi. Bu, Rusiya tərəfindən həyata keçirildi. Məqsəd türk-müsəlmanların ol­duğu bölgədə xristian bufer zonası yarat­maq idi. Mövcud ssenari, yekunda Cənubi Qafqazda erməni vilayətinin formalaşması reallığını doğurdu ki, bu, Qərbin də maraq­larına tam şəkildə cavab verirdi. Sonrakı mərhələdə həmin vilayətin möhkəmləndi­rilməsi də həmçinin. 

Beləliklə, 1830-cu ildən 1918-ci ilə­dək Rusiya “erməni kartı”ndan Qafqazın türk-müsəlman əhalisinə, Qərb isə Osman­lı dövlətinə qarşı istifadə etdi. Doğrudur, ikincinin “Şərq məsələsi”nin tərkib hissəsi kimi erməni amilindən kənar durub “yu­nan kartı”nı üstün tutduğu vaxtlar da oldu. Ancaq Birinci dünya müharibəsi dönəmin­də Qərbin “erməni sevdası”nın yenidən aktuallaşdığını gördük. Həmin mərhələ­də yeni təşəkkül tapmış bolşevizm də bu sevdanın daşıyıcısına çevrildi. İtirən biz olduq. Nəinki biz, bütövlükdə, regionun türk-müsəlman kəsimi.

1918-ci ildə tarixi Azərbaycan torpaq­ları hesabına Ermənistan dövləti yaradıl­dı. 1920-ci ildə sovet Rusiyasının işğalı, sonradan SSRİ-nin təşəkkülü ilə “erməni kartı” yenidən birbaşa rus imperializminin sərəncamına keçdi. Nəticə etibarilə yenə ərazilər itirdik. Əlbəttə, həmin müddətdə bu kartın Qərb qanadı da aktivliyini qoru­du. Nəhayət, 1987-ci ildən başlayaraq, həm rus, həm də Qərb imperializmi erməni ami­linin daha da güclənməsi baxımıdan müş­tərək fəaliyyətə keçdilər. Ancaq sabiq SS­Rİ-nin hələ möhkəm olduğu vaxtlarda da ermənilərə Azərbaycan torpaqları hesabına ərazi hədiyyələrinin edilməsi cəhdlərinin mövcudluğundan xəbərdarıq. 

Ulu öndər Heydər Əliyev bu kimi “sse­narilərin” qarşısını böyük məharət alırdı. Təsadüfi deyil ki, dahi şəxsiyyətin 1987-ci ildə SSRİ-dəki hakimiyyət olimpindən uzaqlaşdırılmasından dərhal sonra ermə­nilər hərəkətə keçdilər. Onların Azərbayca­nın Qarabağ bölgəsinə iddiaları baş qaldır­dı. Yenə Qərb və Rusiya müştərək şəkildə erməni amili naminə hərəkətə keçdilər. Nə­ticədə torpaqlarımızın 20 faizi işğal olundu, bir milyondan çox həmvətənimiz öz doğma yurd-yuvalarından didərgin salındı. Yenicə müstəqilliyini qazanmış Azərbaycan daxi­li anarxiya və xaos girdabında boğularaq, gedişata qarşı heç nə edə bilmədi. Tədricən “erməni kartı” Qərbin və Rusiyanın ölkə­mizi tamamilə parçalamaq, dövlətçiliyimi­zin məhvi alətinə çevrildi. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıdışına qədər bu mənfur proses var gücü ilə davam etdi. 

Ulu öndər Heydər Əliyev bir çox an­ti-Azərbaycan planları alt-üst etdiyi kimi, erməni işğalını da dayandırdı. İnsanlarımı­zın dahi liderə inamı nəticəsində xalq-ha­kimiyyət vəhdəti gücləndi. Bu vəhdət gələ­cək inkişafın əsasını qoydu. Ölkəmizdə dövlət hakimiyyəti möhkəmləndi və illər keçdikcə özündə kənar təsirlərə qarşı cid­di müqavimət əzmi formalaşdırdı. Heydər Əliyevin Qarabağ uğrundakı diplomatik savaşı qətiyyətli obraz qazandı. Azərbay­canda və kənarda elə bir mötəbər toplantı olmadı ki, bu böyük şəxsiyyət orada Qara­bağdan və işğal edilmiş digər rayonlarımız­dan söz açmasın. Heydər Əliyev dühasının uğurlu siyasət kursu nəticəsində xarici aləm, nəhayət ki, Azərbaycan reallıqlarını görməyə başladı, işğal faktı bir çox bey­nəlxalq sənədlərdə əksini tapdı. 

***

Amma dünya ikili standartlarından, ermənipərəstliyindən də qalmadı. Erməni sevdası naminə Qərb – Rusiya mütəşək­killiyi özünü ATƏT-in Minsk qrupu adlı təsisatın egidası altında göstərdi. O qrup ki, tərkibində ABŞ, Fransa və Rusiya təmsil olunurdu. O qrup ki, ölkəmizi işğalla ba­rışmağa çağırmaqdan başqa heç nə etmə­di. Regiona mənasız səfərlər reallaşdıran Minsk qrupunun həmsədrlərinin qarşısında dayanan başlıca vəzifə işğalı leqallaşdır­maq oldu. Bunun üçün strategiya da hazır­ladılar – illər keçəcək, nəsillər dəyişəcək və Azərbaycan insanı üçün Qarabağ heç bir əhəmiyyət daşımayacaq. 

Lakin ulu öndər Heydər Əliyevin la­yiqli davamçısı Prezident İlham Əliyev bütün məkrli hesablamaları puça çıxardı. Dövlətimizin başçısının 2003-cü ilin okt­yabrından başlayaraq yeritdiyi siyasi xətt Heydər Əliyevin Qarabağ davasındakı ide­oloji məzmunu həm möhkəmləndirdi, həm də bu məzmun üçün iqtisadi baza formalaş­dırdı. Görülmüş işlər bəhrəsini 2020-ci ildə – 44 günlük Vətən müharibəsi zamanı ver­di. Azərbayan Ermənistan üzərində tarixi Zəfər qazanaraq işğala son qoydu, haqqına sahibləndi. 

2018-ci ildə Qərb Ermənistanı Rusiya­dan qoparmağı bacarmışdı. Əslində, “Qızın iki adaxlısı” söhbəti məhz həmin vaxtdan meydana çıxmışdı. Amma 2020-ci il müha­ribəsindən sonra yaşanan proseslər “erməni sevdası”nın aktuallığı baxımından başqa mənzərələr doğurmuşdu. Həmin mən­zərələri yenə görürük. Görürük ki, Qərb və Rusiya erməni maraqları naminə həm birgə fəaliyyətdə, həm də rəqabətdədir. Onlar iki yüz illik erməni planının iflasa uğradığını dərk etsələr də, yenə özlərini daha yaxşı adaxlı qiyafəsində göstərməyə çalışırlar. Bu çalışmalar son dərəcə böyük rikayar­lıq səhnələri ilə yadda qalır. Elə 44 günlük müharibə günlərində də eyni meyil yaşan­mışdı. Azərbaycanın düzgün siyasi kursu fonunda “adaxlıbazlıq” heç bir nəticə ver­məmiş və yenə də vermir. Əksinə, Cənubi Qafqazda erməni avantürizmi üçün çəmbər get-gedə daralır.

Çəmbərin daralmasından söz düşmüş­kən, 2023-cü ilin sentyabrında Azərbay­canın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən əvvəlki dövrü xa­tırlayaq. Ermənistan baş naziri Nikol Pa­şinyan ölkəmizin Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıdığını desə də, həm rəsmi İrəvan, həm onun xaricdəki havadar­ları, həm də Rusiyadakı ermənipərəstlər cidd-cəhdlə Qarabağdakı erməni separa­tizminin saxlanmasına çalışırdılar. Rusiya sülhməramlılarının bölgəyə silah-sursat daşınmasına göz yumduqları bir vaxtda, Qərb Ermənistanın mövcud istiqamətdəki təminatına girişirdi. 

Moskva Qarabağ avantürizmi üçün özünün lazımlılığını təsdiqləməyə, Qərb isə həmin avantürizmə sahiblənmək na­minə daha iddialı olduğunu göstərməyə çalışırdı. Belə bir şəraitdə baş nazir N.Pa­şinyan bildirdi ki, Qarabağın özünün se­çilmiş hakimiyyəti var. Sanki, eynilə otuz il əvvəlki proseslər yaşanırdı. Məsələn, 1992-ci ildə Azərbaycanla Ermənistan ara­sında atəşkəs elan edilmiş, buna baxmaya­raq, dinc azərbaycanlılar qətlə yetirilmiş və rəsmi İrəvan demişdi ki, məsələnin onunla əlaqəsi yoxdur, Qarabağ ayrıca dövlətdir və sair və ilaxır. Əlbəttə, Azərbaycan otuz il əvvəlki Azərbaycan deyildi və Paşinyanın bunu dərk etməməsi nəinki ona, bütövlük­də, dünya erməniliyinə ikinci rüsvayçılığı yaşatdı.

Bəli, Azərbaycanın antiterror əməliy­yatı Qarabağdakı qondarma rejimi, necə deyərlər, göy əskiyə büküb tarixin zibilli­yinə atdı. Nüfuzlu “Politico” nəşri yazırdı ki, bunadək, konkret olaraq sentyabrın 17-də Rusiyanın ABŞ-ın və Avropa İttifaqının nümayəndələri İstanbulda gizli görüş ke­çiriblər. Görüşdə ABŞ-ın Qafqaz üzrə baş müşaviri Lui Bono, Avropa İttifaqının Cə­nubi Qafqaz və Gürcüstan böhranı üzrə xü­susi nümayəndəsi Toivo Klaar və Ermənis­tanla Azərbaycan arasında münasibətlərə nəzarət edən Rusiya Prezidentinin xüsusi nümayəndəsi İqor Xovayev iştirak ediblər­miş. Məqsəd Azərbaycanın öz suverenli­yini və ərazi bütövlüyünü bərpa etməsinin qarşısını almaq imiş. Üçlük ölkəmizi ci­lovlamaq üçün təzyiq tədbirləri hazırlamaq istəyib. 

***

Bu gün də Azərbaycanı öz prinsiplə­rindən döndərmək, Cənubi Qafqazda er­məni avantürizmini saxlamaq, ölkəmizi ədalətsiz sülhlə barışdırmaq istiqamətində “fəaliyyət” gerçəkləşdirilir. Mövcud “fəa­liyyətin” Qərb və Rusiya xətti eyni dərə­cədə aktivdir. Tam əminliklə deyə bilərik ki, Ukrayna müharibəsi fonunda özünü qabarıq formada göstərən geosiyasi rəqa­bətin Cənubi Qafqaz seqmenti aktuallaşıb. Rusiya əvvəl də istəyirdi, indi də çalışır ki, Ermənistanı öz orbitinə qaytarsın. Qərb isə ikincini əlində möhkəm saxlamaqla, 2018-ci il inqilabının nəticələrini qorumağa kök­lənib. Mövcud situasiyada rəsmi İrəvan hər iki “adaxlıya” ərə getmək sözü vermiş qıza bənzəyir. Daha doğrusu, “qız” Qərblə aşkar münasibətdədir, Rusiya ilə gizlində görü­şür. Məsələ ondadır ki, bu “görüşdən” Qər­bin də xəbəri var. Bəs niyə baş verənlərə laqeyddir? Səbəb çox sadədir – Qərb çalışır ki, mahiyyəti və məramı pozğunluqla yoğ­rulmuş “fahişəni” əlini cibinə salmadan, başqasının, indiki halda Rusiyanın hesa­bına dolandırsın. Moskva bu işi sevə-sevə görür. Təsadüfi deyil ki, rəsmi İrəvanın anti-Rusiya tezislərinə, Kremlin birincini qınayıcı ritorikasına baxmayaraq, Rusiya ilə Ermənistanın iqtisadi əlaqələrində ciddi artım var.

Yeri gəlmişkən, 2023-cü ildə Mosk­va ilə İrəvan arasındakı qarşılıqlı ticarətin həcmi 55,8 faiz artaraq, 7,4 milyard dolla­ra çatıb. Müqayisə üçün deyək ki, 2020-ci ildə mövcud həcm cəmi 2,3 milyard dollar, 2021-ci ildə 2,6 milyard dollar, 2022-ci ildə 91,7 faiz artaraq 5 milyard dollar, ötən il isə 7,4 milyard dollar olub. Bu il tərəflər rekord göstəriciyə imza atmağı hədəfləyir­lər. Söhbət 14-16 milyard dollara qədərki nəticənin əldə olunmasından gedir. Deməli, Rusiya Ermənistan iqtisadiyyatının əsas hi­mayəçisi olmaqda davam edir.

Onu da bildirək ki, Ermənistan iqti­sadiyyatı durğun vəziyyətdədir və məh­dud sənaye potensialına malikdir. Onun müstəqil şəkildə ticarət dövriyyəsinin belə kəskin artımını təmin edə bilməsi müm­künsüzdür. Məsələ burasındadır ki, ölkədə son üç ildəki dinamika, ilk növbədə, xarici malların və avadanlıqların, o cümlədən, iki­li təyinatlı məhsulların təkrar ixracı və geri alınması üzrə müxtəlif sxemlər hesabına təmin edilib. Erməninstan və Rusiya şirkət­ləri bu malları ABŞ və Avropa İttifaqının sanksiyalarından yan keçərək vasitəçilərin və nəqliyyat şirkətlərinin yardımı ilə daşı­yıblar. Təkrar ixracdan təkcə Ermənistan pul qazanmır. Axı Aİ-nin Rusiya neftini və qazını almaqdan imtinası şəraitində Mosk­va üçün də büdcəni doldurmaq vacibdir. 

Bəli, hazırda Ermənistan, eyni zaman­da, Rusiyanın dövlət büdcəsinin dolmasına töhfə verən mənbədir. Yəni, yuxarıda sada­lanan rəqəmlərin arxasında reallıq dayanır. Bundan başqa, Ermənistanın xarici ticarəti­nin sürətli artımında pay qızılın və almazın təkrar ixracının həcmi ilə də bağlıdır. Belə ki, ölkənin ixrac etdiyi 8,4 milyard dolların 21,5 faizi və ya 1,8 milyard dolları qızılın, 7 faizi və ya 589 milyon dolları isə alma­zın hesabınadır. Ümumilikdə, Ermənista­nın ixracının 28,5 faizi Rusiya qızılının və almazının Birləşmiş Ərəb Əmirliklərinə və Honqkonqa təkrar ixracının payına düşür.

Beləliklə, Ermənistanın Rusiya hesa­bına malların təkrar ixracına görə sürətlə zənginləşməsi İrəvana imkan verir ki, xa­ricdən, o cümlədən, Qərbdən silah alınma­sının həcmini xeyli artırsın. Deməli, Mosk­va ona pul qazanmaq imkanı yaradır. Guya, fəal şəkildə anti-Rusiya sanksiyaları yeri­dən və onlardan yan ötənləri tənqid edən Paris, Brüssel və Vaşinqton Ermənistanın əlavə vəsaitləri haradan əldə etdiyini bil­mir? Hər üçü bilir, özü də çox gözəl. Amma duruma göz yumurlar. 

Digər tərəfdən, Qərb İrəvana təkcə si­lah satmır, həm də aktiv maliyyə yardımı göstərir. Aİ Ermənistana rəsmi formula inansaq, infrastrukturun inkişafına, rəqəm­sallaşmaya, iqlim layihələrinə, nəqliyyat və demokratik islahatlara yönəlmiş 2,6 mil­yard avro ayırıb. Paşinyan administrasiyası bundan “qənaət etdiyi vəsaiti” hərbiləşmə üçün sərf edir. ABŞ və Fransaya gəlincə, Vaşinqton USAID xətti ilə Ermənista­na maliyyə yardımını iki dəfədən çox – 120 milyon dollardan 250 milyon dolla­radək artırıb. Paris isə Hindistan və digər ölkələr vasitəsilə Ermənistanı öz lisenziya­sı əsasında istehsal olunan silahlarla təmin edir. 

Əlbəttə, ola bilməz ki, Rusiya Ermənis­tanı yalnız iqtisadi planda dəstəkləsin. Yəni, erməni jurnalistlərin sualları qarşılığında Moskvanın İrəvanla müttəfiqlik münasi­bətlərinə sadiqliyini dəfələrlə vurğulayan rus rəsmiləri havadan-sudan danışmırlar. Deməli, Paşinyan və komandasının üzvlə­rinin rusiyalı həmkarlarına yağdırdıqları it­tihamlar, birincilərin Kremlin hakim rol oy­nadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanı müdafiə etməkdə acizlik göstərməsini bildirmələri və sair bu sayaq deyimləri, ikincilərin “cavab atəşlə­ri” ilə üzə çıxan gərginlik ab-havası yalnız illüziyadır. Çünki mövcud fonda vurğulan­malı bəzi məqamlar var. Məsələn, Moskva İrəvana “Smerç” tipli raketləri tədarük edir. Bununla bağlı konkret müqavilə mövcud­dur. Maraqlıdır ki, 2022-ci ildən başlaya­raq, Rusiyadan Azərbaycana bir dənə də olsun güllə gəlməyib. Guya ki, Ukrayna ilə müharibə buna imkan vermir. Deməli, Er­mənistana olar, Azərbaycana yox?!

***

Sonda onu da vurğulayaq ki, Qərbin və Rusiyanın Ermənistana “elçi düşməsi” fo­nundakı meydana çıxan riyakarlıq səhnələ­ri, erməni təəssübkeşliyinin aktivləşməsi İrəvanın illüziya bataqlığındakı yerini daha da möhkəmləndirir. Nəticə etibarilə Paşin­yan və komandası ölkəmizlə sülhdən boyun qaçırır, mövcud istiqamətdə yeni-yeni iddi­alar irəli sürür. Bir sözlə, Ermənistan yenə “odla oynayır”. Ölkənin indiyədək bu dav­ranışının hansı acınacaqlı durumlara səbəb olduğu hər kəsə yaxşı məlumdur. Yəni, heç bir halda, erməni təəssübkeşliyinin təza­hürü olan tədbirlərin Azərbaycanı tutduğu haqq yolundan döndərməsi mümkün deyil. Yaxşı olar ki, bunu həm Qərbdəkilər, həm də Rusiyadakılar yaxşı-yaxşı dərk etsinlər. Yox, əgər məqsədləri Ermənistanın mövcu­diyyətinə son qoymaqdırsa, yəni, onsuz da taleyinə pozğunluq yazılmış bu “fahişəni” tam bədbəxt eləməyə çalışırlarsa, o zaman buyursunlar. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət