Soydaşlarımızla bağlı Rusiya XİN-ə müraciət

post-img

Azərbaycan Çeçenistanda saxlanılan və zorla Ukrayna ilə müharibə zonasına göndəril­məsi iddia edilən azərbaycanlılarla bağlı Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib.

Bu barədə APA-nın Moskva müxbirinə diplomatik mənbələrdən məlumat verilib. Bildirilib ki, miqrasiya probleminə görə Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmovla bağlı Rusiya XİN-ə nota göndərilib.

Qeyd edək ki, adları çəkilən Azərbaycan vətəndaş­larının may ayından Çeçenistana işləməyə getdikləri, orada miqrasiya probleminə görə həbs olunduqları bil­dirilib. Onlara zorla sənəd imzalatdırılıb, Ukrayna ilə müharibə zonasına göndərildikləri iddia olunub.

 

Son xəbərlər