BRICS ölkələrinin Media Sammiti

post-img

Moskvada keçirilən BRICS ölkələrinin 7-ci Media Sammiti işini başa çatdırıb.

Sammit çərçivəsində “Çoxqütblü dünyada sabitli­yin və əməkdaşlığın möhkəmləndirilməsində BRICS media ictimaiyyətinin rolu” mövzusunda dəyirmi masa formatında panel müzakirələri keçirilib. 

Tədbir çərçivəsində TASS İnformasiya Agentliyi­nin 120 illik yubileyinə həsr olunmuş MDB ölkələrinin humanitar universitetlərinin və dövlət ali təhsil müəs­sisələrinin müvafiq fakültə tələbələrinin yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb. Azərbay­can Dövlət Pedaqoji Universitetinin tələbəsi Nargilə Məhərrəmova da təltif edilənlər arasında olub. 

Xatırladırıq ki, sammitdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin də iştirak edib.

XQ

Son xəbərlər