DİN-nin süni intellekt və İT sahələri üzrə elan etdiyi təqaüd proqramının qalibləri müəyyənləşib

post-img

Təqaüd proqramı böyük maraqla qarşılandı və ilkin mərhələdə 8000-dən çox namizəd qeydiyyatdan keçirildi.

XQ-yə bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, namizədlər seçim kriteriyaları, imtahan və müsahibə mərhələlərindən uğurla keçərək müəyyən olundular. 

Qeyd edək ki, proqram çərçivəsində DİN-in dəstəyi ilə süni intellekt, kibertəhlükəsizlik, proqramlaşdırma, məhsul sahibi (Product Owner), Linux əməliyyat sistemi, İT biznes analitikası və QA tester mühəndisliyi istiqamətləri üzrə ümumilikdə 200 nəfər üçün nəzərdə tutulmuş təqaüd proqramının qalib sayı iştirakçıların yüksək nəticələri və müsabiqəyə böyük marağın olması səbəbindən  134 nəfər artırılaraq 334 nəfərə yüksəldildi.

Təqaüd proqramı çərçivəsində təlim xərclərinin 60%-i DİN tərəfindən qarşılanacaq.

Daxili işlər orqanlarında xidmətə qəbul meyarlarına uyğun olan və təlimləri uğurla başa vuran şəxslərə Nazirlikdə işə qəbul imkanı yaradılacaq.

Həmçinin Daxili İşlər Nazirliyi tərəfindən elan olunan bu kimi təqaüd proqramlarının gələcəkdə mütəmadi davam etdirilməsi planlaşdırılır.

N.Adilqızı
XQ

Sosial həyat