Təxəyyülün Şərq əfsanəsi

post-img

"Təxəyyül Art Group"un rəhbəri - xalçaçı rəssam - Natiq Nəcəfzadə, qrup müavini - rəssam, qrafik dizayner - Vüsalə Yunusova və qrup köməkçilərinin birgə təşkilatçılığı ilə, "Şərqin Təxəyyül Əfsanəsi" adlı  sərgi tədbir keçirilib.

Misir Ərəb Respublikasının Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri cənab Houssam-Eldine Redan, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Dr.Tarek M.Aboul - Fotouh, qrup rəhbəri - Natiq Nəcəfzadə, qrup müavini -Vüsalə Yunusova və başqaları çıxış edərək, sərgi iştirakçılarına öz ürək sözlərini çatdırıblar və sərgi münasibətilə  rəssamları təbrik ediblər.

Sərginin bədii hissəsində Aynur Yunusova və Vüsalə Yunusovanın ifasında Ü.Hacıbəylinin "Arşın mal alan" operettasından "Gözəlim, yar gözəlim" mahnısı, Rasimə Əhmədovanın ifasında isə "Uzundərə" rəqsi sərgi iştirakçılarına təqdim olunub. Elçin İsmayıllının sazda ifası böyük maraqla qarşılanıb.

Daha sonra sərgidə iştirak edən rəssamların əsərlərinə baxış keçirilib. Balaca rəssam Məryəm Əsgərova müəllifi olduğu "Sultan Səncər və Qarı" miniatürünü cənab səfirə hədiyyə edib. Sonda sərgi iştirakçılarına sərginin kataloqu və  sertifikatlar təqdim olunub. Xatirə fotoları çəkilib.

XQ



















Mədəniyyət