Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

post-img

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:

Cəmilova Xəyalə Adil qızı,

Hüseynov Zaur Nazim oğlu.

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası

Milli Məclisinin sədri Sahibə Qafarova

Bakı şəhəri, 24 oktyabr 2025-ci il

№ 270-VIIQR

Sosial həyat